#xankendi #qarabag #khankendi
Xankəndi şəhərinin görüntüləri...(iyun ayı)
Azərbaycan Respublikasının Xankəndi şəhəri - 1991-ci il dekabrın 26-da Ermənistan Respublikası Silahlı Qüvvələri və Qarabağdakı erməni separatçıları tərəfindən işğal edilib.
İnzibati cəhətdən Xankəndi əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Sahəsi 8 km²-dir. Paytaxt Bakıdan 329 km uzaqlıqda yerləşir. Azərbaycan Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Xankəndi şəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi vardır.
Sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ilin sentyabrında Xankəndi şəhəri bolşevik Stepan Şaumyanın adı ilə "Stepanakert" adlandırılmışdı.
1991-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə şəhərin əvvəlki - "Xankəndi" adı bərpa edilmişdir. Xankəndi şəhəri XVIII əsrin axırlarında Qarabağ Xanlığının mülkü, xanların istirahəti üçün yaşayış məskəni kimi salınıb. Xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində yerləşir. İlk illər xan ailəsi və onun yaxınları yaşadığından el arasında "Xanın kəndi" kimi tanınır. Daha sonra qəsəbə Xankəndi adını alır. Qəsəbədə yerli Azərbaycanlılar yaşayırdı.
Qarabağ xanlığı Rusiyaya birləşdirildikdə Xankəndi axırıncı Qarabağ xanı Mehdiqulu xanın arvadı Pəricahan bəyimə bağışlanmışdı.
► Kanala Abunə Olmağı Unutmayın
✮ Abunə Ol ✓
✮ Subscribe ✓
✮ Подписаться ✓
#gancapost #trend
Смотрите видео Xankəndi... онлайн без регистрации, длительностью часов минут секунд в хорошем качестве. Это видео добавил пользователь Ganca Post 26 Июль 2021, не забудьте поделиться им ссылкой с друзьями и знакомыми, на нашем сайте его посмотрели 73,20 раз и оно понравилось 54 людям.