ATU 3-CÜ CƏRRAHİ XƏSTƏLİKLƏR KAFEDRASININ MÜDİRİ, T.E.D. PROFESSOR FARİZ CAMALOV. SAGLAM TV

Опубликовано: 16 Декабрь 2022
на канале: SAGLAM TV
752
12

Ölkəmiz müstəqillik qazandığından sonra təhsil proqramlarında gedən dəyişikliklərlə əlaqədar Universitetin kafedralarında müəyyən struktur dəyişikliklərin aparılmasına ehtiyac duyulur. Buna görə hələ 1944-cü ildə bir-birindən ayrılaraq 70 ildən artıq bir dövrdə paralel fəaliyyət göstərən iki cərrahi xəstəliklər kafedralarının birləşməsi zəruriyyəti meydana çıxır.


Professor Camalov Fariz Hidayət oğlu 2017-ci ildə müsabiqə yolu ilə kafedra müdiri seçilmişdir. Bu müddət ərzində o, özünü yaxşı rəhbər və təcrübəli cərrah kimi göstərdi. Əməkdaşlarla elmi əsərlər, məqalələr çap etdirir. Kafedra müdiri gənc kadrlara çox diqqət yetirir. Gənc alimlərlə müxtəlif patologiya ilə olan əməliyyatlara cəlb edir.

Professor F.H.Camalovun rəhbərliyi ilə Camalova T.P. “Piylənmədən əziyyət çəkən, əməliyyatdan sonrakı ventral yırtığı olan xəstələrin kompleks müalicəsində təkmilləşdirilmiş abdomino-və hernioalloplastika metodlarının birmomentli tətbiqinin effektivliyi”, Zahidov Z.T. “Əməliyyatdan sonrakı eventrasiyalarda absorbtiv adnezion baryer və monoakril profilen torun birgətətbiqinin klinik qiymətləndirilməsi” tibb üzrə fəlsəfə doktorluq dissertasiyasını müdafiə etmişlər.

Professor F.H.Camalovun rəhbərliyi altında Abdullayev A.C. “Yüksək riskli kəskin xolesistitli xəstələrin kompleks müalicəsində qanın venadaxili lazer şüalandırılması fonunda laennek preparatının effektivliyi”, Hüseynova G.T. “Qasıq yırtıqlarının cərrahi müalicəsində Trabukko üsulu ilə yeni rekonstruktiv hernioalloplastika metodunun rolu” (ilkin müzakirəsi keçib), Kosayeva G.A. qızının “Pilonidal sinusun cərrahi müalicəsində doksisiklin hopdurulmuş kollagen süngərin və dəri plastikasının birgə tətbiqinin effetivliyi”, kafedranın dissertantı Piriyeva S.E. “Nekrozlaşan fassitli xəstələrin kompleks müalicəsində immunokorreksiya və antibiotik terapiyası” dissertasiya işlərinin mövzusunun və planının universitetin “Cərrahiyyə” üzrə Problem komissiyasında və fakültə Elmi Şurasında müzakirə və təsdiq olunmuşdur.

Professor F.H.Camalov 1995-2005-ci illərdə Azərbaycanın rayonlarında (Sabirabad, Ağcabədi, Saatlı, Biləsuvar, İmişli və s.) məcburi köçkünlərə cərrahi tibbi yardım göstərmiş.

1999-cu ildə Türkiyyədə, İran-İslam Respublikasının Bəm şəhərində, Pakistan İslam Respublikasının Müzəfərabad və Balakot şəhərlərində baş vermiş zəlzələlərdə aktiv tibbi yardım göstərmişdir.

2002-ci ildə B.V.Petrovski adına Russiya Tibb Akademiyasında “Qida borusu və mədə xərçəngi” üzrə kurs keçmişdir.

2002-ci ildə Londonun Kral Kollecində cərrahi travmalar üzrə üstalıq keçmişdir.

2003-cü ildə ABŞ-ın Texas ştatının Huston şəhərinin Beylor kollecində koloproktologiya kursu keçmişdir.

2004-cü ildə Almaniyanın Tübingen və Bonn Universitetinin klinikasında laparoskopik cərrahiyyə və mədəaltı vəzin xoş və bəd xassəli şişləri üzrə kurs keçmişdir.

2006-cı ildə Lənkəran şəhərində bina ucan zamanı yerində yaralılara tibbi yardım göstərmişdir.

2007-ci ildə Türkiyə Qazi Universitetində həzm traktı orqanlarının şişləri və endovizual cərrahiyyə kursu keçmişdir.

Professor Camalov F.H. respublikamızda və xarici ölkələrdə “Cərrahiyyə” fənni üzrə keçirilən konqreslərdə elmi məqalələrlə çıxış edib.

30 illik praktik fəaliyyətində 20000 yaxın müxtəlif spektirli əməliyyatlar icra etmişdir. 88 xəstədə - birmomentli qida borusu ekstripasiyası, 92 xəstədə - total qastroektomiya, 8 xəstədə - hemihepatektomiya, 8 xəstədə - pankreato-qastroduodenal rezeksiya icra etmişdir.

Professor Camalov F.H. dövrü tibbi ədəbiyyatda 160-dan çox elmi işləri çap olunmuşdur. 2 dərslik, 2 dərs vəsaiti və 7 monoqrafiyanın müəllifidir.

İşlədiyi müddət ərzində özünü savadlı, bacarıqlı, məsuliyyətli pedaqoq və həkim kimi göstərmişdir. O, müalicə-profilaktika, stomatologiya və ictimai səhiyyə fakultələrinin tələbələrinə “Cərrahiyyə” fənni üzrə təcrübi dərslər keçir və mühazirələr oxuyur.

Professor Camalov F.H. 2021 ci il tarixindən Dissertasiya Şurasının elmi katibidir.

Kafedra əməkdaşlarından dos. Həmzəyev S.M., dos. Mürsəlov M.M., dos. Şərifov E.Y., dos. Hacıyev S.H., dos. Rəhimov V.Ə., dos. Ramazanov C.N. doktorluq dissertasiyaları üzərində, Fərəcli V.F., Rüstəmova A.B., Abdullayev A.C., Rəhimli Ş.İ., Ələkbərova S.Ə., Abbasəliyev R.B., Məmmədova E.T., Məhərrəmov T.A., Hüseynova G.T., Qasımov R.Q., Abbasəliyeva P.M., Qırxlarova A.S. , Kosayeva G.A. isə namizədlik dissertasiyaları üzərində çalışırlar.

Hazırda kafedranın bütün əməkdaşları sağlam bir ailədə birləşərək mətinlik göstərir, bütün bacarıq və imkanlarından istifadə edərək tədrisin keyfiyyətcə yaxşılaşmasına, hazırki dövrdə tələbələrin mənəvi saflığının onlarda milli şüurunun formalaşmasına və Azərbaycan tibb elminin daha da zənginləşməsi və yüksəlməsi üçün səylə çalışırlar.


Смотрите видео ATU 3-CÜ CƏRRAHİ XƏSTƏLİKLƏR KAFEDRASININ MÜDİRİ, T.E.D. PROFESSOR FARİZ CAMALOV. SAGLAM TV онлайн без регистрации, длительностью часов минут секунд в хорошем качестве. Это видео добавил пользователь SAGLAM TV 16 Декабрь 2022, не забудьте поделиться им ссылкой с друзьями и знакомыми, на нашем сайте его посмотрели 75 раз и оно понравилось 1 людям.