Bələdiyyə seçkiləri niyə təyin olunmur? – Mirəli Hüseynov Çətin sualda
“Çətin sual” Kamran Mahmudovla № 817
Seçki Məcəlləsinə görə, bələdiyyələrin səlahiyyət müddəti 5 ildir, bu ilin dekabr ayının 23-də Azərbaycanda bələdiyyələrin səlahiyyət müddəti başa çatacaq.
Səsvermə Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçkilərə 60 gün qalmış elan edilməlidir.
Ancaq artıq seçkilərə 52 gün qalsa da, Mərkəz Seçki Komissiyası (MSK) hər hansı açıqlama yaymayıb.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc mediaya açıqlamasında deyib ki, hazırki fərqli hüquqi reallığı nəzərə almaq lazımdır:
“Hazırkı anda söhbət məhz Seçki Məcəlləsinin müəyyənləşdirdiyi situasiyadan gedir. Məcəllənin 211-ci maddəsində qeyd olunur ki, bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bu müddətin hesablanması seçki günündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Hansısa ərazilərdəki bələdiyyə vahidində seçkilərin nəticələri tanınmırsa, belə halda məhz əvvəlki dövrdə seçilmiş bələdiyyə öz səlahiyyətlərini saxlayır və növbəti dövrdə bələdiyyə orqanı olaraq tanınır, fəaliyyəti də qanuni sayılır. Mərkəzi Seçki Komissiyası mütləq seçkilərin keçirilməsinə dair həm vaxtı, həm də müvafiq seçki təqvimini elan etməlidir.”
“Avtomatik olaraq hazırkı 1300-dən artıq bələdiyyə 685 sayda birləşdirildi və bunların hər birinin içində bələdiyyə üzvlərinin sayı fərqlidir. Belə halda konkret sabah seçkilərin vaxtı təyin olunaraq seçkilərə start verilməsi ilə dərhal namizədliklərin irəli sürülməsi, imzaların toplanması, qeydiyyat və kampaniyaların aparılması işləri gerçəkləşməlidir. Bunun üçün bütün təlimatlar verilməlidir. Hər bir vətəndaş öz hüquq və azadlıqlarını gerçəkləşdirmək imkanında olmalıdır. Zənn edirəm ki, MSK öz subyektiv mövqeyindən, marağından deyil, qanun çərçivəsində məsələni çözəcək”- deputat deyib.
“Demokratiyanı öyrənmə” İctimai Birliyinin sədri Mirəli Hüseynov bu barədə danışır.
WebSite: http://www.turan.az
Facebook: / turanagency
Telegram: https://t.me/turanagency
Watch video Bələdiyyə seçkiləri niyə təyin olunmur? – Mirəli Hüseynov Çətin sualda online without registration, duration hours minute second in high quality. This video was added by user Turan İnformasiya Agentliyi 01 January 1970, don't forget to share it with your friends and acquaintances, it has been viewed on our site 40 once and liked it 2 people.