Java dərsləri - Javada İstisnalar ( Exceptions in Java )
Proqramı yazan zaman bəzən gözlənilən və gözlənilməyən xətalar ala bilirik. Bu xətalar runtime və ya compiletime zamanı baş verə bilir. Bu cür hallara istisnalar (exceptions) deyilir. Javada exceptionları
try {
// kod
}
catch(Exception e) {
// xəta olarsa yazılacaq kod
}
şəklində yazaraq həll etmək olar. try hissəsində kodumuzu yazırıq catch hissəsində də adından məlum olduğu kimi istisnanı tuturuq(handle edirik). Proqramda error və exception-ı qarışdırmaq olmaz. Belə ki error proqramın axışında olan bir məntiq və ya başaqa səhvdir amma excetpion isə bizim try catch-a ataraq həll edə biləcəyimiz bir haldır. Exceptionlar 2 qrupa böülünür. checked və uncheck exceptions. Bütün Exception-ların Exception sinfindən extend olunurlar.
Checked Exceptionlar compile time zamanı baş verən exceptionlardır. Misal biz fayllarla hər hansı bir iş görmək istəsək java bizdən həmin hissəni try catcha almağımızı tələb edəcək.
Unchecked Exception-lar isə runtime zamanı baş verən istisnalardır. Misal biz bölmə əməli yerinə yetirən funksiya yazmışıq. böləni 0 daxil edən zaman java bizə ArithmeticException exception atacaq.
Javada istisnaları 2 növə bölə bölə bilərik. Belə ki bunlar Javanın öz hazır istisnaları(Built-in) və bizim öz yaratdığımız(User defined) istisnalar. Built-in istisnalara aşağıdakıları misal göstərmək olar:
ArithmeticException
ArrayIndexOutOfBoundsException
ClassNotFoundException
FileNotFoundException
IOException
InterruptedException
NoSuchFieldException
NoSuchMethodException
NullPointerException
NumberFormatException
RuntimeException
StringIndexOutOfBoundsException
Watch video Java dərsləri - Javada İstisnalar ( Exceptions in Java ) online without registration, duration hours minute second in high quality. This video was added by user Nariman Karimov 15 August 2020, don't forget to share it with your friends and acquaintances, it has been viewed on our site 32 once and liked it people.